-
- 20-02-2019, 12:47
- 1 228
Akademik Zərifə Əliyeva adına liseyin şagirdlərinin layihəsi birinci yerə layiq görülüb
“Sabahın alimləri“ VIII Respublika müsabiqəsində “Biologiya” nominasiyası üzrə birinci yerə akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdləri Vaqif Məmmədzadə və Selcan Nurullayeva layiq görülüblər.
Layihə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun rəhbərliyi altında yerinə yetirilib.
İnstitutdan bildirilib ki, onlar “İnsan genomunda ikiistiqamətli promotorlar” layihəsinə görə bu mükafatla təltif olunublar.
“Sabahın alimləri” Respublika müsabiqəsinə təqdim olunan layihələrin AMEA-nın alimlərinin rəhbərliyi altında yerinə yetirilməsi istedadlı şagirdlərdə elmə marağın yaradılması üçün böyük əhəmiyyətə malikdir.
//AZƏRTAC