-
- 31-05-2023, 15:30
- 344
Neftçalaya çəkilmiş II magistral su kəməri istismara verildi - Video
Neftçala rayonunun yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan II magistral su kəmərinin inşası yekunlaşıb və kəmər istismara verilib.
Bu barədə News24.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Şirvan-Muğan qrup su kəmərindən qidalanan kəmər Neftçala şəhəri ilə yanaşı rayonun kəndlərinin də dayanıqlı su təminatına imkan verəcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı” çərçivəsində su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin, o cümlədən Neftçala rayonunun kənd və qəsəbələrinin içməli su təchizatında yaranan problemin həlli məqsədilə çəkilən I kəmər 2020-ci ildə istismara verilib. Bu kəmər Neftçala şəhəri və ətraf yaşayış məntəqələrini içməli su ilə təmin etməyə imkan yaradırdı. İçməli sudan ciddi əziyyət çəkən digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması üçün əlavə su həcmlərinə ehtiyac yaranıb. Bunlar nəzərə alınaraq Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə II magistral su kəməri çəkilib. 450-560 mm diametrli borularla 38 km uzunluğunda inşa edilmiş II magistral kəmər Salyan şəhərində yeni tikilmiş 7500 kubmetr tutumu olan su anbarından qidalanır. Yeni kəmərin I Salyan-Neftçala magistral su kəmərilə əlaqələndirilməsi gələcəkdə baş verə biləcək qəzalar və ya suya tələbatın artdığı yay aylarında yaşayış məntəqələrinin dayanıqlı su təchizatına imkan yaradacaq.
Xatırladaq ki, 2020-ci ildə icra olunan layihə çərçivəsində Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmər və Salyan şəhəri yaxınlığında həcmi 7 500 kubmetr olan su anbarı tikilib. 2020-ci ilin noyabr ayında yeni infrastrukturdan Neftçala şəhərinə suyun verilməsi təmin edilib. Bu layihələr Neftçala şəhəri və rayonun kəndlərində 80 mindən çox sakini keyfiyyətli içməli su ilə təmin edəcək.