Daha bir qazi sağalaraq Vətənə geri döndü
    • 31-05-2023, 17:58
    • 175

Daha bir qazi sağalaraq Vətənə geri döndü

Ağır yaralanan və "YAŞAT" Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən qazi Həşimov Qismət Razim oğlu sağalaraq Vətənə qayıdıb.

News24.az xəbər verir ki, bu barədə APA-ya "YAŞAT" Fondundan xəbər verilib.

Qazinin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin ediləcək

Bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.