Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
    • 19-05-2023, 20:55
    • 222

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Kanada Rusiyaya qarşı məhdudiyyətlərinin siyahısını genişləndirib.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin dərc etdiyi sənəddə deyilir.

Məhdudiyyətlər Rusiyanın Baş Prokurorluğuna, Təhsil Nazirliyinə, “Delovaya Rossiya”ya, o cümlədən Ümumrusiya Xalq Cəbhəsinə, Ümumrusiya Tələbə Xilasetmə Korpusuna, humanitar proqramlara dəstək verən Rusiya Humanitar Missiyasına, Gulfstream Xeyriyyə Fondu və Nikea MMC-yə tətbiq edilib.