Deputatdan TƏKLİF: Məktəblərdə yol hərəkəti qaydaları tədris olunsun- VİDEO
    • 1-06-2023, 12:21
    • 376

Deputatdan TƏKLİF: Məktəblərdə yol hərəkəti qaydaları tədris olunsun- VİDEO

Hər şey mədəniyyətdən başlayır. İnsan əvvəlcə özünə hörmət mədəniyyətinə yiyələnməli, sonra isə qarşısındakı şəxslərə hörmət etməlidir. Hər bir valideyn evdən çıxarkən uşaqlar valideynlərinə onları gözlədiklərini desinlər. 

News24.az xəbər verir ki, bunu “Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı işgüzar konfransda çıxışı zamanı millət vəkili Jalə Əhmədova deyib. 

Millət vəkili bildirib ki, qanun pozuntularının qarşısını almaq üçün yanımızda qaydaları pozan şəxslərə vətəndaş iradı bildirməliyik. 

Millət vəkili qəzaların qarşısını almaq üçün təkliflər də səsləndirib: “İstərdim ki, təhsil ocaqları ilə DİN əməkdaşlıq etsin. Məktəblərdə yol hərəkəti qaydaları, qanunvericilik tədris olunmalıdır. İstərdim ki, bu fənlərin tədrisi  DİN-in tabeliyibdə olsun. Qanunvericilik məktəbli yaşdan tədris olunmalıdır. Uşaqlar yol hərəkət qaydalarını uşaq yaşlarından öyrənməlidir. İkinci təklifim isə cərimələrin artırılmasıdır.  Düşünürəm ki, qəza şəraiti yaradan şəxslərə daha ağır cəza verilməlidir”.

Qumral ƏLİYEVA