-
- 1-06-2023, 18:04
- 283
İmran Xanın partiyasının prezidenti həbs edildi
Pakistanın sabiq Baş naziri İmran Xanın Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI - Pakistan Tehreek-e-Insaf) prezidenti Çaudri Pərviz Elahi Lahor şəhərində həbs edilib.
News24.az xəbər verir ki, bu barədə yerli “Geo News” xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Pərviz Elahi anti-korrupsiya idarəsinin əməkdaşları tərəfindən Lahorda, evinin qarşısında həbs edilib.
Buna səbəb kimi, Elahinin səhhəti ilə əlaqədar ötən həftə antikorrupsiya məhkəməsinin iclasına gəlməməsi və məhkəmə tərəfindən müvəqqəti girovun ləğv edilməsi göstərilib. Belə ki, hakim Elahinin döş qəfəsində ağrılar olduğunu təsdiqləyən tibbi arayışı da saxta elan edib.
Xatırladaq ki, Parviz Elahi 70 milyon rupi məbləğində korrupsiya əməlində ittiham olunur.