-
- 2-06-2023, 10:40
- 365
Bayramov və Mirzoyan BU TARİXDƏ yenidən ABŞ-da görüşəcək
Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərləri ABŞ-da müntəzəm danışıqlar aparacaqlar. ABŞ-da iki həftədən az müddətdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, Vaşinqton iyunun 12-də Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlara ev sahibliyi edəcək.
Qeyd edək ki, bundan əvvəl mayın 19-da Moskvada xarici işlər nazirlərinin görüşü keçirilib. Sülh sazişi layihəsi üzrə müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Akqabay