-
- 2-06-2023, 11:59
- 324
Azərbaycanla Ermənistan arasında vəziyyəti onlar gərginləşdirib - Paşinyandan ŞOK İTTİHAM
Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) məyusluğundan danışıb.
News24.az xəbər verir ki, bu barədə o, “CNN” telekanalına müsahibəsində bildirib.
“Bu gün biz elə bir vəziyyətdəyik ki, KTMT-nin fəaliyyətindən müəyyən məyusluq var, çünki təşkilat Ermənistanın öz təhlükəsizliyini təmin etməli olduğu əsas mexanizmdir” – Paşinyan bildirib.
O qeyd edib ki, KTMT 2021-ci ildə - may və noyabrda, 2022-ci ildə isə sentyabrda baş verən toqquşmalara reaksiya verməyib və Azərbaycanla Ermənistan arasında vəziyyətin gərginləşməsinə səbəb olub.
“KTMT-nin yersiz reaksiyası müəyyən məyusluq yaradıb”, - baş nazir deyib.
Paşinyan ilk növbədə erməni xalqının məyus olduğunu söyləyib.
“İrəvan KTMT-nin etibarlı təhlükəsizlik mexanizmi olduğuna şübhə ilə yanaşır, həmçinin təşkilatın nüfuzunu şübhə altına alır. KTMT-nin ötən il İrəvanda keçirilən sammitində fundamental sənədlərin təsdiqindən imtina edilməsi da bununla bağlıdır. Ermənistanın əsas çətinliyi geosiyasətdə deyil, coğrafiyanın özündədir - ölkənin qonşuları heç yerə getməyəcək. Və bu səbəbdən, xüsusən indi biz xalqımıza aşağıdakı siyasi baxışı təklif edirik və təklif etmişik: xarici siyasətimizin əsas məqsədi ilk növbədə yaxın qonşularımızla normal münasibətlər olmalıdır”, - Paşinyan vurğulayıb.
Akqabay