ABŞ-dan İrana qarşı SANKSİYA
    • 2-06-2023, 13:42
    • 248

ABŞ-dan İrana qarşı SANKSİYA

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və onun xarici əməliyyatlar bölməsi olan Qüds Qüvvələrinin üzvlərinə və ona bağlı digər qüvvələrə qarşı sanksiyalar tətbiq edib.

News24.az xəbər verir ki, Vaşinqton onları keçmiş ABŞ hökumət rəsmilərini və İran dissidentlərini, o cümlədən jurnalistləri hədəf alan terror planlarında iştirak etməkdə ittiham edir.

Bu yeni sanksiyalar nəticəsində ABŞ-ın yurisdiksiyasına tabe olan beş şəxsin və şirkətin bütün əmlakı bloklanıb.

Qeyd edək ki, ABŞ İrana sonuncu dəfə  2021-ci ildə iranlı tənqidçi və radio aparıcısı Məsih Əlinejadı qaçırmağa cəhddə ittiham edilən şəxslərə qarşı tətbiq edib.

Qumral