-
- 2-06-2023, 15:53
- 1 391
Razılaşmaya Fransa əngəl oldu, Bakı Xankəndidə antiterror... - Türk general AÇIQLADI
“Beştərəfli görüşdən də aydın olur ki, danışıqlar nəticəsində sülh müqaviləsinin imzalanması çətindir. Çünki burada təəssüf ki, danışıqlar aparan tərəf Azərbaycan və Ermənistan deyil. İstər ikili, istərsə də beşli olmasından asılı olmayaraq, masada danışıqlar aparan Azərbaycan və Ermənistanın havadarları və himayədarları anlamında digərləridir”.
Bu sözləri News24.az-a Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz Kişinyovda beştərəfli formatda keçirilən görüşü şərh edərkən deyib.
“Mənə görə, müzakirələr Ermənistanla Azərbaycan arasında olmur. Danışıqlar torpaq bütünlüyünü madafiə edən, beynəlxalq hüquq çərçivəsində sözünü deyən, fikirlərindən geri çəkilməyən, qətiyyət nümayiş etdirən Azərbaycanla davamlı olaraq bir-birindən mənfəət güdən, çıxarlarını düşünən Fransa, Rusiya, ABŞ, Aİ arasında gedir. Onların mənfəətlərinin üst-üstə düşməməsinə, heç bir tərəfin zərər görməməsinə, prosesi 28 illik işğal dövründə olduğu kimi daimi gərginlikdən faydalanan bir sistemə gətirməyə çalışırlar. Müzakirələr digər dövlətlərin bir-birilərinin mənfəətləri üzərinə razı olduqları zaman uğurlu olacaq”.
Y.Karauz qeyd edib ki, Fransanın masada olması razılaşmaya əngəl olan əsas səbəblərdən biridir: “Fransa bu məsələ ilə bağlı tərəfdir. Paris 1988-ci ildən bəri Ermənistanın tərəfindədir. Bu görüşlərin sayı çox olacaq, Azərbaycanın da səbrinin sonu var”.
General bildirib ki, Bakı suverenliyinə təhdid olan separatizmə qarşı praktiki addımlar ata bilər: “Sərhəddəki toqquşmalar, davamlı təxribatlar, Qarabağda ermənilərin hərbi varlığının sona çatmaması Azərbaycanı beynəlxalq hüquq və normalar çərçivəsində antiterror əməliyyatlarına başlamağa vadar edə bilər. Bu baxımdan Azərbaycan separatçılara qarşı hərbi əməliyyatlar apara bilər ki, bu da onun beynəlxalq hüquq çərçivəsində haqqıdır. Ermənistanın və havadarlarının müzakirə və danışıqlarla söz anlayacaqlarını, üçtərəfli bəyanatı yerinə yetirəcəklərini düşünmürəm. Onların başına “Dəmir yumruq” dəymədikcə, sülh müqaviləsinin imzalanması da mümkün deyil”.
Qeyd edək ki, Kişinyovda beştərəfli formatda keçirilən qeyri-rəsmi görüşdə heç bir nəticə əldə olunmayıb, masada indiyə qədərki gündəlik yenidən müzakirə olunub və növbəti beştərəfli görüşün keçirilməsi razılaşdırılıb.
Akqabay Mıradov