Türkiyə-Ermənistan arasındakı BUZLAR ƏRİYİR?
    • 16-02-2023, 13:02
    • 401

Türkiyə-Ermənistan arasındakı BUZLAR ƏRİYİR?

"Türkiyə-Ermənistan-Azərbaycan arasında münasibətlər normallaşmaycaq".

Bunu News24.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Türkiyə və Ermənistan XİN başçılarının görüşünü şərh edərkən söyləyib.
O bildirib ki, dövlətlər arasında sadə danışıqlar aparılır:

“Xarici ölkələrə göstərmək istəyirlər ki, sülh naminə danışıqlar aparırıq. Fransa, Rusiya və Amerika isə çalışır ki, tam sülh müqaviləsi olmasın. Çünki münaqişə bir alətdir və o alətlə bölgəyə təsir göstərirlər.  Türkiyə, Ermənistan və Azərbaycanın dünyaya göstərdiyi odur ki, sülhü təminetmə yolunda çalışırıq. Ancaq Azərbaycan və Ermənistanın mövqelərində ciddi dəyişiklik yoxdur. Ona görə də, yaxın prespektivdə üç ölkə arasında münasibətlərin normalaşacağına inanmıram”.

Humay İSGƏNDƏROVA