Ukrayna əks hücuma hazırdır - Zelenski
    • 3-06-2023, 12:04
    • 217

Ukrayna əks hücuma hazırdır - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın əks-hücum etməyə hazır olduğunu bildirib.

News24.az xəbər verir ki, bu barədə Zelenski “The Wall Street Journal”a müsahibəsində deyib.

“Biz uğur qazanacağımıza qəti inanırıq. Bunun nə qədər vaxt aparacağını bilmirəm. Düzünü desəm, fərqli, tamamilə fərqli ola bilər. Amma biz bunu edəcəyik və hazırıq”, - deyə o bildirib.

Bundan əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynanın bu yay Rusiyaya qarşı əks-hücum əməliyyatına başlayacağını bildirmişdi.

Akqabay