Qurban əti haqqında bilməli olduğunuz faktlar
    • 4-06-2023, 13:40
    • 981

Qurban əti haqqında bilməli olduğunuz faktlar

Qurban bayramına az qalıb. İnsanlar artıq qurban kəsmək üçün hazırlıqlara başlayıblar. Qurban əti səhv yeyildikdə həzm sistemində bəzi problemlərə səbəb ola bilər. Buna görə diqqətli olmaq lazımdır. 
News24.az xəbər verir ki, Azmedia.Az  qurban əti haqqında bilməli olduğunuz bəzi faktları təqdim edir:
Kəsilən ətin üçdə biri qurban sahibinə, üçdə biri qonaqlar və dostlara arasında bölünür, üçdə biri isə kasıblara verilir.
Qurban əti çox təzə olduğu və eyni gündə kəsildiyi üçün qəssabdan və ya bazardan aldığınız ətdən qoxu olaraq daha sərt olur. Bu onun təzəliyindən xəbər verir.
Qurban ətini yuyanlar var, amma bu çox yanlışdır. Qurban ətinin yuyulması ətdəki bakteriyaların miqdarını sürətlə artırır.
Qurban əti heç vaxt yuyulmamalıdır.
Qurban əti kəsildikdən və 1 gecə saxlanılmadan xırdalandıqdan dərhal sonra torbalara qoyularsa, yaşıllaşır. O kəsildikdən sonra 24 saat saxlanmalı və 1 günün sonunda yeyilməlidir.
Heyvan kəsim zamanı dartıldığı üçün əti çox sərtləşir. Onu saxlamadan yemək həzm problemlərinə səbəb ola bilər. Kəsilən kimi dərhal bişirmək və yemək gələcəkdə ciddi xəstəliklərə gətirib çıxarır.
Qurban ətinin ideal saxlama müddəti 3 ay, maksimum 1 ildir. Bundan daha uzun saxlanılan ət sizə xeyirdən çox zərər verəcək.
Qurban kəsə bilməyənlərə paylanma zamanı sümüksüz ət verilir. Sümüklü ət verilməsi düzgün hesab edilmir. Əks halda bu onlara qarşı hörmətsizlik kimi görülür.