Koronavirusa görə qurban ətini dronla payladı - FOTO
    • 1-08-2020, 13:19
    • 927

Koronavirusa görə qurban ətini dronla payladı - FOTO

Türkiyədə 55 yaşlı kişi koronavirus pandemiyası səbəbindən qurban ətini paylamaq üçün qeyri-adi üsluna əl atıb.

İzmir şəhərində yaşayan Sıddıq Gedik adlı şəxs qurban ətini dron vasitəsilə paylayıb. O bildirib ki, məqsədi insanlar arasında təmasdan yayınmaq və sosial məsafəyə diqqət çəkmək olub. /Azvision/