Bakıdakı Mərkəzi Univermaqda gənc qızı vəhşicəsinə döydülər
    • 5-06-2023, 12:53
    • 345

Bakıdakı Mərkəzi Univermaqda gənc qızı vəhşicəsinə döydülər

Bakı şəhər Səbail rayonu Azərbaycan prospektində yerləşən Mərkəzi Univermaqda insident baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, iyunun 3-də saat 18 radələrində naməlum şəxs univermaqda 1993-cü il təvəllüdlü Səbinə Qəmbərovanı (şərti adlı) döyüb. Həmin şəxs daha sonra univermaqdan qaçıb.

Xəsarət alan S.Qəmbərovaya tibbi yardım göstərilib.

İlkin araşdırma zamanı onu döyən şəxsin adının Amid olduğu müəyyənləşib. Həmin şəxsin tutularaq məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Taleh BAĞIROV