Xırdalanda qadından şok müraciət: “Məni döydü, təcavüz etdi”
    • 5-05-2023, 12:00
    • 474

Xırdalanda qadından şok müraciət: “Məni döydü, təcavüz etdi”

Xırdalanda təcavüz edildiyini bildirən 37 yaşlı xanım polisə müraciət edib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə aprelin 30-da baş verib. Daxili İşlər Nazirliyinin 102 qaynar telefon xəttinə zəng edən 1986-cı il təvəllüdlü L.Hacıyeva həmin gecə saat 02 radələrində Abşeron rayonu Xırdalan şəhərində yerləşən mənzildə Tural adlı şəxsin onu zorladığını bildirib.

Qadın qeyd edib ki, həmin şəxs onu vəhşicəsinə döyüb və təcavüz edib.

Hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Taleh BAĞIROV