Bakı metrosunda oğurluq edən şəxs saxlanılıb - FOTO
    • 21-02-2019, 10:47
    • 715

Bakı metrosunda oğurluq edən şəxs saxlanılıb - FOTO

İctimai nəqliyyatda soyğunçuluq edən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, fevralın 19-da saat 13 radələrində metronun “28 May” stansiyasının platformasında azyaşlı bir qıza zor tətbiq edib əlindəki mobil telefonunu alaraq qaçmağa cəhd göstərən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb. 

Onun Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib. “Samsung A7” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb. 

Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.