Trampı dəstəkləyən milyarderin qızı və nəvəsi qəzada öldü
    • 6-06-2023, 08:55
    • 125

Trampı dəstəkləyən milyarderin qızı və nəvəsi qəzada öldü

ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığında şəxsi təyyarə uçuşun qadağan edildiyi bölgədə qəzaya uğrayıb.

News24.az xəbər verir ki, Tennessi ştatından Long İsland istiqamətində havaya qalxan "Cessna" tipli təyyarə paytaxt üzərində uçuşa qadağan zonaya daxil olub. Daha sonra isə Virciniya ştatının cənub-qərb bölgəsində dağlıq əraziyə düşdüyü bildirilib.

Qəza zamanı həyatını itirənlər arasında milyarder iş adamı Con Rumpelin qızı və nəvəsinin də olduğu açıqlanıb.

Floridada yerləşən "Melbourne Inc." şirkətin sahibi Rumpel, "New York Times" qəzetinə verdiyi açıqlamada, qəzaya uğrayan təyyarədə qızı və 2 yaşlı nəvəsi, dayəsi və şirkət pilotunun tapıldığını deyib.

O, qızı və nəvəsinin Şimali Karolinadakı evlərini ziyarət etdikdən sonra Nyu-Yorkun Long İsland bölgəsindəki evlərinə qayıtdıqlarını bildirib.

Con Rumpel təyyarənin qəzaya uğraması ilə bağlı səlahiyyətli orqanlardan çox məlumat ala bilmədiyini, lakin qəzanın təyyarədə təzyiqin azalması nəticəsində baş verə biləcəyini vurğulayıb. 

Bundan əlavə, yerli media Con Rumpelin ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyası üçün yaradılan MAGA-nın əsas maliyyəçilərindən biri olduğunu yazıb. /NTV Türkiye/