-
- 6-06-2023, 12:11
- 686
Azərbaycandan qardaş ölkəyə BÖYÜK TÖHFƏ — Türkiyə mediası bundan yazır
Azərbaycan ən böyük turizm bazarlarımızdan birinə çevrilmək yolundadır. Azərbaycandan Türkiyəyə təxminən 700 min nəfər turistik məqsədlə gələrkən, qarşılıqlı turizm axını pandemiyadan əvvəlki dövrə qayıdıb.
News24.az xəbər verir ki, bu barədə “Yeni Akit” qəzeti yazır.
Türkiyə Otelçilər Birliyinin (TÜROB) rəhbəri Müberra Eresin bildirib ki, iki ölkə arasındakı turizm həcminin qısa müddətdə 1,8 milyon turistə çatacağı gözlənilir. Bakıda keçirilən seminarda Türkiyə ilə Azərbaycan arasında turizm fəaliyyətləri müzakirə olunub. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası, Türkiyə Turizmi Təbliğat və İnkişaf Agentliyi, Türkiyə Otelçilər Birliyi və Türk Hava Yollarının əməkdaşlığı, “Alaska Tourism”-in təşkilatçılığı ilə keçirilən seminarda iki ölkə arasında qarşılıqlı turizm potensialına diqqət çəkilib.
Bakı seminarından sonra TÜROB tərəfindən hazırlanan yekun hesabatda fikirlərinə yer verilən Müberra Eresin, “Təxminən 10 milyon əhalisi olan qardaş ölkə Azərbaycandan Türkiyəyə gələn ziyarətçilərin sayı Pandemiyadan əvvəlki rəqəmlər yaxınlaşır. Bu, qardaşlığımızın nəticəsidir”, - deyə qeyd edib.
Eresin deyib: “2022-ci ildə 700 minə yaxın azərbaycanlı qardaşımız Türkiyəyə gəlib. Bu rəqəmin qısa zamanda 1 milyona çatacağını proqnozlaşdırırıq. 2022-ci ildə xaricə gedən Azərbaycan vətəndaşlarının ilk seçimi Türkiyə olub. Ötən il 315 min nəfər isə Türkiyədən Azərbaycana gedib. Türkiyə Azərbaycana ən çox turist göndərən ilk 5 ölkə arasındadır. Bu, Azərbaycanın Türkiyə üçün olduğu kimi Azərbaycan turizmi üçün də nə qədər əhəmiyyətli olduğunu göstərir. Azərbaycan Türkiyədən daha çox turist qəbul etmək potensialına malikdir, çünki Azərbaycan türkiyəli ziyarətçilər üçün qastronomiya, yay və qış turizmi, mədəniyyət turizmi, sağlamlıq turizmi kimi bir çox aspektlərdə mühüm infrastruktur və üst quruluş imkanlarına malikdir. Bu mühüm potensialı aktivləşdirmək üçün biz azərbaycanlı həmkarlarımızla qarşılıqlı əməkdaşlığı və təbliğat işlərini daha da artıracağıq. Azərbaycan turizm potensialı olaraq hədəflədiyimiz 1 milyon 850 minə çatmaq üçün hər cür əməkdaşlığa açığıq. Bu mühüm potensialı aktivləşdirmək üçün azərbaycanlı həmkarlarımızla qarşılıqlı əməkdaşlığı və təbliğat işlərini daha da artıracağıq”.
Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı:
İl - Azərbaycandan gələn turistlərin sayı (min nəfər)
2013 - 630
2014 - 657
2015 - 602
2016 - 606
2017 - 765
2018 - 858
2019 - 901
2020 - 236
2021 - 470
2022 - 683
2022 (ilk 3 ay) - 143
2023 (ilk 3 ay) - 143
Akqabay