Vergidən yayınmaq üçün bu cür ÖDƏNİŞ təklif edilir... — VİDEO
    • 6-06-2023, 14:22
    • 320

Vergidən yayınmaq üçün bu cür ÖDƏNİŞ təklif edilir... — VİDEO

Son zamanlar bəzi restoranlar müştərilərə kartdan-karta ödənişi təklif edirlər.

News24.az Xəzər TV-yə istinadən bildirir ki,artıq bəzi sahibkarlar bu ödəniş növünə üstünlük verməyə başlayıb.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, kartdan-karta ödəniş rəsmi ödəniş sayılmadığından bu qeyri-qanuni ödəniş növüdür.

Ekspert bildirdi ki, bu sahədə hər hansı bir texniki problem yaranıbsa bu barədə əvvəlcədən müştəriyə xəbərdarlıq etməlidir.

Dövlət Vergi Xidmətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, kartdan-karta ödəmə qanunsuz  sayılır.

Vergi Məcəlləsinə görə POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbul olunmasından imtina olunmasına görə vergi ödəyicisinə 1000-manatdan 6 min manatadək maliyyə sanksiyaları tətbiq olunur.

Belə hallarla üzləşən vətəndaşlar Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.