Bu gün məşhur telejurnalistin toyudur
    • 6-06-2023, 16:48
    • 212

Bu gün məşhur telejurnalistin toyudur

Space TV-nin məşhur aparıcısı Amil Xəlilin toyu olacaq. 

News24.az xəbər verir ki, aparıcının toy məclisi bu gün 18:00 da paytaxtdakı "WHITE PALACE" restoranında baş tutacaq. 

Məclisə şou-biznesin tanınmış nümayəndələri də dəvət edilib. Belə ki, 20-dən çox məşhur toyda iştirak edəcək. Onlar arasında Elza Seyidcahan, Cavanşir Məmmədov, Yusif Mustafayev, Elnar Xəlilov, Elza Qaybalıyeva da var.

Xatırladaq ki, aparəcının nişan mərasimi ötən ilin oktyabr ayında baş tutmuşdu.

Qeyd edək ki, Amil Xəlil Azərbaycanın məşhur telejurnalistlərindən biri, Space TV-də sosial-kriminal verilişlərin layihə rəhbəri və aparıcısıdır.