Məzun tədbirində silahlı insident - 2 ÖLÜ, ÇOX SAYDA YARALI VAR
    • 7-06-2023, 09:22
    • 137

Məzun tədbirində silahlı insident - 2 ÖLÜ, ÇOX SAYDA YARALI VAR

Amerikanın Riçmond şəhərindəyerləşən orta məktəbdə iki cinayətkar buraxılış mərasimində silahdan atəş açıb.

News24.az xəbər verir ki, Altria Teatrında keçirilən buraxılış mərasiminə silahla gələn şəxslərin binanın qarşısındakı parkda atəş açdığı bildirib.

Atəş açan şəxslər saxlanılmazdan əvvəl iki nəfəri öldürüblər.  Hadisə şahidlərinin sözlərinə görə, ölənlərdən biri məktəbin məzunu olub.

Silahlı insident zamanı 13 nəfər də yaralanıb. 

Saxlanılan şəxslərdən 4 ədəd odlu silah götürülüb. Hadisəni törədənlərin kimliyi və motivləri açıqlanmır. /ABC 8/