İtaliyanın keçmiş baş nazirinə qarşı korrupsiya istintaqı
    • 7-06-2023, 10:06
    • 187

İtaliyanın keçmiş baş nazirinə qarşı korrupsiya istintaqı

İtaliyada keçmiş baş nazir Massimo D'Alema və İtaliya müdafiə sənayesi şirkəti "Leonardo"-nun keçmiş icraçı direktoru Alessandro Profumoya qarşı  istintaq başladıldığı bildirilib.

News24.az xəbər verir ki, buna səbəb hərbi təyyarə, sualtı qayıq və gəmilərin Kolumbiyaya satışı olub. Neapol Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində D'Alema və Profumonun Romadakı evlərində və ofislərində axtarış aparılıb.

Bildirilib ki, D'Alema və Profumo ilə birlikdə 8 nəfər beynəlxalq korrupsiyaya görə istintaqa cəlb olunub. 

Araşdırma İtaliyanın "Leonardo" şirkətinin istehsal etdiyi M346 təlim təyyarəsi, "Fincantieri" tərəfindən istehsal olunan korvet və sualtı qayıqların Kolumbiyaya satışı ilə bağlıdır.

Baş Prokurorluğun İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsinin müfəttişləri tərəfindən yoxlanılan və satış üçün qeyd olunan məhsulların dəyərinin 4 milyard avrodan çox olduğu qeyd edilib. /ANSA/