Xersonda fövqəladə vəziyyət elan edildi
    • 7-06-2023, 11:09
    • 269

Xersonda fövqəladə vəziyyət elan edildi

Kaxovka Su Elektrik Stansiyasının partlaması ilə əlaqədar Xerson vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

News24.az xəbər verir ki, Xerson vilayətində fövqəladə vəziyyətin nə qədər davam edəcəyi açıqlanmayıb.

Qeyd edək ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən Kaxovka su elektrik stansiyası (SES) partladılıb. Onlarla yaşayış məntəqəsi, o cümlədən Xerson və Yeni Kaxovka su altında qalıb. Rusiya və Ukrayna bir-birini bəndi dağıtmaqda ittiham edir.

Qumral