Ərdoğandan Kaxovka SES-lə bağlı TƏKLİF
    • 7-06-2023, 17:18
    • 205

Ərdoğandan Kaxovka SES-lə bağlı TƏKLİF

Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı Kaxovskaya Su Elektrik Stansiyasının dağıdılmasını araşdırmaq üçün beynəlxalq komissiyanın yaradılması ideyasını müzakirə edib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyasından məlumat verilib.

Telefon danışığı zamanı Ərdoğan müharibə edən tərəflər, BMT və Türkiyə ekspertlərinin iştirakı ilə beynəlxalq komissiyanın yaradılmasını təklif edib. 

Xatırladaq ki, Xerson vilayətində Kaxovkaya su elektrik stansiyası iyunun 6-da partladılıb. Partlayışdan sonra daşqınla əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Qumral