Kaxovka SES-in dağılmasından sonra 7 nəfər itkin düşüb
    • 7-06-2023, 09:34
    • 214

Kaxovka SES-in dağılmasından sonra 7 nəfər itkin düşüb

Nova Kaxovkada su elektrik stansiyasının dağıdılmasından sonra Kaxovka su anbarında suyun nəzarətsiz axması nəticəsində azı 7 nəfər itkin düşüb.

News24.az xəbər verir ki, bu barədə  şəhər administrasiyasının rəhbəri Vladimir Leontyev məlumat verib.

Qeyd edək ki, Ukrayna ordusu Nova Kaxovka su elektrik stansiyasındakı partlayışı Rusiya qüvvələrinin törətdiyini bildirib. 

Rusiya rəsmisi isə hadisənin "terror hücumu olduğunu" bildirib və Ukrayna Silahlı Qüvvələri tərəfindən edilən bombardman nəticəsində dağıdıldığını açıqlayıb. /TASS/