İngiltərə artıq çəkili insanları arıqlatmağa 40 MİLYONLUQ BÜDCƏ AYIRIR
    • 8-06-2023, 09:59
    • 224

İngiltərə artıq çəkili insanları arıqlatmağa 40 MİLYONLUQ BÜDCƏ AYIRIR

Böyük Britaniya piylənmə ilə əlaqəli xəstəlikləri azaltmaq üçün arıqlama inyeksiyasını təsdiq etməyə hazırlaşır.

News24.az xəbər verir ki, xəstəxanalardakı piylənmə ilə bağlı yükü azaltmaq üçün pilot proqram çərçivəsində "Wegovy" adlı iynəni təsdiqləməyə hazırlaşan İngiltərədə bir xəstənin bu preparatdan maksimum iki il istifadə etməsinə icazə veriləcək.

Milli Sağlamlıq Xidmətinin apardığı araşdırmanın sonunda bu iynə ilə bədən çəkisinin 10 faizinin azaldığı müəyyən edilib.

İynə iştahı azaldır və insanlara toxluq hissi verir. Bu da daha az yeməyə kömək edir.

İngiltərə Baş naziri Rişi Sunak bu inyeksiyanın böyük bir dəyişiklik gətirə biləcəyini və arıqlama xidmətlərinə 40 milyon funt-sterlinq büdcə ayrılacağını açıqlayıb.

Bununla belə, mütəxəssislər ABŞ-da bir çox məşhurun reklam etdiyi bu cür iynə və dərmanlar barədə xəbərdarlıq edərək, sağlam qidalanma və idmanın həll yolu ola biləcəyini vurğulayıblar.

Qeyd edək ki, Böyük Britaniyada hər 4 nəfərdən biri, təxminən 12 milyon yetkin piylənmədən əziyyət çəkir. /NTV Türkiye/