Rusiya Uman şəhərini atəşə tutub, yaralananlar var
    • 8-06-2023, 23:14
    • 192

Rusiya Uman şəhərini atəşə tutub, yaralananlar var

Rusiya Ukraynanın Çerkas vilayətinin Uman şəhərini atəşə tutub, 8 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri İqor Taburets Teleqram-da bildirib.

Onun sözlərinə görə, yaralananlardan 2-nin durumu ağırdır. Vilayət rəhbəri qeyd edib ki, raket zərbələri sənaye obyekti və avtoyumaya endirilib. İkinci hadisədə yanğın başlayıb.