17 yaşlı gənc Yuxarı Şirvan kanalında batıb
    • 9-06-2023, 21:53
    • 291

17 yaşlı gənc Yuxarı Şirvan kanalında batıb

Ağdaşda 17 yaşlı gənc Yuxarı Şirvan kanalında batıb.

Saat 16:00 radələrində Yuxarı Şirvan kanalının rayonun Bulaqotağı kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Orta Ləki kənd sakini, 2006-cı il təvəlludlü Kərimli Samir Mirzə oğlu dostları ilə su kanalında çimərkən boğulub. Dostları onu sudan çıxarmaq istəsələr də buna müvəffəq ola bilməyiblər.

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Hazırda S.Kərimlinin axtarılması istiqamətində zəruri işlər davam etdirilir. /Report/