Türkiyədə kimyəvi maddələr daşıyan maşınlar toqquşub, ölənlər var
    • 10-06-2023, 15:44
    • 267

Türkiyədə kimyəvi maddələr daşıyan maşınlar toqquşub, ölənlər var

Türkiyənin Ərzincan vilayətində kimyəvi maddələr daşıyan yük maşını ilə başqa bir yük maşını toqquşub, nəticədə hər iki sürücü həyatını itirib.

News24.az xəbər verir ki, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.

Hadisə Ərzincan-Sivas avtomobil yolunda baş verib. Faktla bağlı araşdırma başladılıb.