Hərbçilərin olduğu avtobus qəzaya düşdü, ÖLƏNLƏR VAR
    • 17-01-2023, 14:30
    • 201

Hərbçilərin olduğu avtobus qəzaya düşdü, ÖLƏNLƏR VAR

Türkiyənin Mersin vilayətində hərbçiləri və qaçqınları daşıyan avtobus yük maşını ilə toqquşub.

News24.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, qəza nəticəsində 2 hərbçi və 1 qaçqın həlak olub. 

Tarsus Baş Prokurorluğundan verilən açıqlamada bildirilib ki, qəzadan sonra avtobusda baş verən yanğında 3 nəfərin həyatını itirib. Həyatını itirən 2 nəfərin avtomobildə olan Jandarma əməkdaşları, digər ölən şəxsin isə miqrant olduğu bildirilib. Hadisə yerində aparılan işlər başa çatdıqdan sonra mərhumların şəxsiyyətinin müəyyən edilməsi üçün tibbi ekspertiziyaya göndərilib. 

Hadisəni törədən yük maşını və avtobus sürücüsü saxlanılıb. 

Qumral Əliyeva