İstanbulda rusiyalı turisti telefona görə bıçaqladılar
    • 12-06-2023, 16:46
    • 162

İstanbulda rusiyalı turisti telefona görə bıçaqladılar

İstanbulda rusiyalı turist ürəyindən bıçaqlanıb.

News24.az “Habertürk”ə istinadla xəbər verir ki, naməlum şəxslər ona hücum edərək telefonu əlindən almağa çalışıblar.

“Taksimdə sözün əsl mənasında dəhşət baş verib. Oğru olduğu iddia edilən 4 nəfərlə dava edən rusiyalı turist Vyaçeslav Neçiporçuk ürəyindən bıçaqlanaraq öldürülüb. Polis araşdırma aparır. İlkin məlumata görə, tanımadığı şəxslər onun şəxsi əşyalarını və smartfonunu ələ keçirmək məqsədilə ona hücum ediblər. Turist müqavimət göstərib, dava nəticəsində rus çoxsaylı xəsarətlər, o cümlədən ürəyindən bıçaq yarası alaraq xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb”, - “Habertürk” telekanalı bildirib.

Akqabay