Ankarada məxfi görüş: Türkiyə-Ermənistan sərhədi bu tarixdə açılacaq
    • 13-06-2023, 10:36
    • 359

Ankarada məxfi görüş: Türkiyə-Ermənistan sərhədi bu tarixdə açılacaq

“Bizdə olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya səfər edən baş nazir Nikol Paşinyan rəsmi hissədən başqa bəzi ictimaiyyətə qapalı görüşlər keçirib”.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazıb.

Nəşrin XİN-dəki mənbəsinin verdiyi məlumata görə, özəl olaraq, Paşinyan Ankarada Türkiyə tərəfinin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb və əsas müzakirə məsələsi Ermənistan-Azərbaycan, Qarabağ məsələsinin nizamlanması və Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi olub.

“Past” yazır ki, görüşdə Marqara keçid məntəqəsinin iyulun ikinci yarısında açılmasının mümkünlüyü müzakirə olunub.

Akqabay