Nazir ondan səhv tutan səhifəyə belə cavab verdi - FOTO
    • 13-06-2023, 18:25
    • 258

Nazir ondan səhv tutan səhifəyə belə cavab verdi - FOTO

Elm və təhsil naziri Emin Əmrullayev feysbuk hesabında Azərbaycan dilinin orfoqrafiyası ilə bağlı paylaşımlarına görə məşhurlaşan “Grammar Azi” səhifəsinin iradına maraqlı cavab verib.

News24.az xəbər verir ki, nazir  paylaşımında basketbol üzrə Bakı klubunun zəfərindən yazıb. 

“Neftçiyə zəfər yaraşır!
Şuşaya zəfər yaraşır!
Azərbaycana zəfər yaraşır!!!
Doğma Neftçini əziz Şuşada qələbə münasibətilə təbrik edirəm!!!” – deyə E. Əmrullayev paylaşımında bildirib.

Sözügedən səhifə elm və təhsil nazirinin paylaşımına ““Neftçi” dırnaqda yazılmalıdır” deyə irad bildirib. Emin Əmrullayev isə həmin rəyə “bu, işin asan tərəfidir, çətin hissəsini “Neftçi” gördü”” cavabını yazıb.

Qeyd edək ki, “Neftçi” basketbol klubu finalda Niderland millisini 20:12 hesabı ilə məğlub edərək qalib olub.