-
- 3-05-2024, 14:12
- 249
Güclü daşqınlar 29 nəfərin həyatına son qoydu
Braziliyanın cənubundakı Rio Qrande-du-Sul ştatında daşqınlar nəticəsində 29 nəfər ölüb, 60 nəfər itkin düşüb.
News24.az xəbər verir ki, bu barədə CNN Brasil dövlət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, 150-dən çox şəhər təbii fəlakətdən zərər çəkib. Hava şəraiti 10 milyona yaxın sakinin yaşadığı bu ştatın 50 bələdiyyəsinə təsir edib. Yağışlar davam etdiyi üçün ən azı 10 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. 500 mindən çox ev su, 300 mindən çox ev işıqsız qalıb.
Mehriban Mirzəzadə