Narkotik dövriyyəsində ittiham olunan şəxs bəraət aldı
    • 13-06-2023, 18:27
    • 405

Narkotik dövriyyəsində ittiham olunan şəxs bəraət aldı

Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan Məhərrəm Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Məhərrəm Məmmədovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Məhərrəm Məmmədova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham verilib.