Fransanın keçmiş prezidentinin evində axtarış aparıldı
    • 14-06-2023, 11:16
    • 225

Fransanın keçmiş prezidentinin evində axtarış aparıldı

Polis Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin evinə basqın edib.

News24.az xəbər verir ki, bu barədə dpa xəbər agentliyi məhkəmədəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, istintaq onun 2007-ci ildə seçki kampaniyasının Liviya hakimiyyəti tərəfindən mümkün maliyyələşdirilməsi ilə bağlı araşdırma çərçivəsində həyata keçirilib. 

Agentliyin məlumatına görə, müstəntiqlər sabiq dövlət başçısını da dindiriblər. Yeni yoxlamalara səbəb isə bu iş üzrə ittiham tərəfi üçün əsas şahidin əvvəllər verdiyi ifadəsinin rədd edilməsi olub.

Qeyd edək ki, livanlı iş adamı Ziyad Takieddinnin dediyinə görə, o, Liviya hakimiyyət orqanlarından Sarkozinin rəhbərlik etdiyi Fransa Daxili İşlər Nazirliyinə “pullu çamadanlar”ın verilməsində vasitəçi olub. İddialara görə, pul onun kampaniyasını maliyyələşdirmək üçün istifadə olunub. Sonradan Takiəddin gözlənilmədən dediklərini təkzib edib. 

Fransa məhkəmə sistemi şahidə təzyiq faktını araşdırır.