Qurban kəsən şəxslərin DİQQƏTİNƏ - Bunları ETMƏYİN
    • 14-06-2023, 13:08
    • 16 903

Qurban kəsən şəxslərin DİQQƏTİNƏ - Bunları ETMƏYİN

Qurban bayramına bir neçə gün qalıb və hamı qurbanlıq almaq üçün bazarlara axışıb. Vətəndaşlar Qurban bayramı üçün kəsiləcək heyvan seçərkən daha çox çəkisinə, sağlam olmasına və qiymətinə fikir verir. Lakin Qurban bayramı üçün heyvanlar kəsildikdən sonra da bir sıra məqamlara diqqət yetirmək vacibdir. Kocaeli Baytarlar Palatası sədri Mehmet Bostancı qarşıdan gələn bayram öncəsi vətəndaşlara qurbanlıq və kəsimlə bağlı tövsiyələr verib. Vətəndaşların daha çox ötən bayramlarda ətlərinin xarab olmasından şikayətləndiyini bildirən Bostancı onlara xəbərdarlıq edib.

News24.az Türkiyə mətbuatına istinadən sözügedən bilgiləri sizinlə bölüşür: 

Bostancı bildirib ki, ətlər kəsildikdən sonra üst-üstə yığılmamalı, plastik torbalara qoyulmamalıdır. Bu, ətlərin xarab olmasını daha da sürətləndirir.
 
Onun sözlərinə görə, iribuynuzlu heyvanlarda 8-12 saat, xırdabuynuzlu heyvanlarda isə 4 saat müddətində gözlədildikdən sonra istehlak edilə bilər. Ət saxlanarkən 4 dərəcə selsidə 5-6 saat, daha soyuq temperaturda isə 6 aya qədər saxlanıla bilər. 

Qurum rəsmisi vurğulayıb ki, heyvan seçərkən də diqqətli olmaq lazımdır: "İribuynuzlu heyvanların 2 yaşdan, xırdabuynuzlu heyvanların isə 1 yaşdan yuxarı olmasına diqqət yetirməlidir. Qurban kəsiləcək heyvanlar hamilə və ya yeni doğulmuş olmamalıdır. Heyvanlarda burun axıntısı, göz yaşı olmamalıdır.  Heyvanın tükləri dolaşıq və tutqun olmamalıdır. Kor və topal heyvan almamaq üçün diqqətli olmaq lazımdır".

Qumral Əliyeva