-
- 14-06-2023, 16:42
- 866
Azərbaycanda taksi sürücüsü müştərinin ağzına təpiklə vurub dişlərini tökdü
Sumqayıtda taksi sürücüsü müştərini vəhşicəsinə döyüb.
News24.az xəbər verir ki, şəhər ərazisində fəaliyyət göstərən taksi sürücüsü, Yardımlıda anadan olmuş 1967-ci il təvllüdlü Tərilan Nəcəfov daimi müştərisi olan kişiyə mübahisə zəminində zərbələr endirib.
Belə ki, bu ilin yanvar ayında Tərilan Rafael adında müştərini ünvana apararkən yolda ondan 50 manat borc pul alıb. Lakin bir müddət keçsə də, Tərilan aldığı pulu geri qaytarmayıb. Bundan sonra Rafael küçədə sürücünü görərək pulunu tələb edib və nəticədə mübahisə yaranıb. Tərilan tanışına yumruqla zərbə endirib və yaşlı kişi yerə yıxılıb. Daha sonra taksi sürücüsü Rafaelin başına və ağızına təpiklə zərbələr endirib. Nəticədə onun aldığı zərbələrdən dişləri tökülüb. Həmçinin kişinin ağız və üz nahiyəsində xəsarətlər yaranıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 127.1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə iş açılıb.
Cinayət işinin materiallarına Sumqayıt şəhər Məhkəməsində baxılıb. Hakim Rövşən Xəlilovun sədrliyi ilə keçirilən proses iyunun 7-də başa çaıb.
Taksi sürücüsü Tərilan Nəcəfova qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzası təyin edilib.
Taleh BAĞIROV