Bakıda xarab qoz satan şəxsi döyüb ayağını sındırdılar
    • 20-03-2023, 16:24
    • 671

Bakıda xarab qoz satan şəxsi döyüb ayağını sındırdılar

Bakıda xarab qoz satan şəxs alıcı tərəfindən döyülüb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 17 saylı binanın qarşısında baş verib. 

Taksi sürücüsü işləyən 1984-cü il təvəllüdlü Məhərrəm Məmmədov avtomobillə səyyar şəkildə qoz satan Ramin Nəcəfovdan 2 manatlıq qoz alaraq evə aparıb. Lakin bir az sonra onun həyat yoldaşın qozun puç olduğunu və uşağın qozu yedikdən sonra qusduğunu bildirib.
 Bundan əsəbiləşən Məhərrəm idarə etdiyi “Kia” markalı avtomobillə qozu aldığı yerə gedib və satıcı ilə dalaşıb. Ramin ona qozu Quba rayonundan aldığını deyib və məsuliyyət daşımadığını bildirib. Bundan sonra Məhərrəm ona hücum edərək təpiklə zərbələr endirib. Nəticədə satıcının ayağı sınıb.


Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. Cinayət işinin materialları dAha sonra Suraxanı rayon Məhkəməsinə göndərilib. Məhkəmədə Məhərrəm Raminin onu bu hadisyə təhrik etdiyini, mübahisə zamanı “vur məni, vur məni” deyərək münaqişəni qızışdırdığını deyib. Ayağı sındırılan satıcı isə artıq Məhərrəmlə barışdığını bildirib. 

Suraxanı rayon Məhkəməsinin hökmü ilə 39 yaşlı Məhərrəm Məmmədov 3 il müddətinə azadlığın məhdudlaşırılması cəzasına məhkum edilib. Onun təyin edilmiş saatlarda yaşadığ evi tərk etməməsi, ictimai tədbilərə qatılmaması bildirilib və üzərinə elektron nəzarət cihazı yerləşdirilib.