Delimxanov Ukraynada öldürülüb? - Kremldən AÇIQLAMA
    • 14-06-2023, 16:42
    • 199

Delimxanov Ukraynada öldürülüb? - Kremldən AÇIQLAMA

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Dövlət Dumasının deputatı Adam Delimxanovun ölməsi və yaralanması ilə bağlı xəbərlərə münasibət bildirib.

News24.az xəbər verir ki, Peskov Delimxanovun ölməsi ilə bağlı yayılan məlumatlardan narahat olduqlarını dilə gətirib.

“Əlbəttə, biz bu məlumatı böyük narahatlıqla aldıq, Rusiya Qəhrəmanı ilə bağlı narahatıq. Ümid edirik ki, baş verənlərlə bağlı yenilənmiş məlumat çox yaxın gələcəkdə ortaya çıxacaq”, - Peskov bildirib.

Ukrayna mətbuatının bu yalan məlumatı yayması ilə bağlı suala Peskov cavab verib ki, onların məqsədi bəllidir. “Ukrayna mediası daim saxta məlumatlar yayır. Gəlin, həqiqətən də doğru məlumatı gözləyək”, - Kreml sözçüsü bildirib.

Bundan əvvəl bir sıra Teleqram kanalları Delimxanovun öldüyü barədə məlumat yayıblar. “Zvezda” kanalı Kadırovun müttəfiqinin yaralandığını bildirib. 

Akqabay