İsrail Suriyaya 4 raket atdı
    • 15-06-2023, 00:24
    • 272

İsrail Suriyaya 4 raket atdı

Suriyanın havadan müdafiə qüvvələri “Buk-M2E” zenit-raket kompleksi ilə İsrail Hərbi Hava Qüvvələrinin Dəməşq yaxınlığına atdığı aviabombanı zərərsizləşdirib.

News24.az​​​xəbər verir ki, bu barədə Suriyada Döyüşən Tərəflərin Barışıq Mərkəzinin rəis müavini, kontr-admiral Oleq Qurinov deyib.

O bildirib ki, Qolan yüksəkliklərindən İsrailə məxsus iki F-15 taktiki qırıcısı 4 zərbə endirib və atılan raketlərdən yalnız biri vurulub.

Qurinovun sözlərinə görə, İsrail zərbələri nəticəsində iki anbar zədələnib, tələfat yoxdur.