İsrail ordusu Suriyaya raket zərbələri endirdi - ölənlər var
    • 27-04-2022, 21:21
    • 374

İsrail ordusu Suriyaya raket zərbələri endirdi - ölənlər var

İsrail ordusu Suriyaya raket zərbələri endirib.

Bu barədə Suriya İnsan Haqları üzrə Monitorinq Mərkəzi məlumat yayıb.

Hadisə nəticəsində 9 nəfər həlak olub.

Ölənlər arasında 5 suriyalının olduğu bildirilir. Qalanlarının vətəndaşlığı isə bilinmir.
/Teleqraf.com/