Rusiya ABŞ-ın Xankəndi separatçılarına xəbərdarlığından ciddi narahat olub — XİN-dən RƏSMİ AÇIQLAMA
    • 15-06-2023, 16:03
    • 264

Rusiya ABŞ-ın Xankəndi separatçılarına xəbərdarlığından ciddi narahat olub — XİN-dən RƏSMİ AÇIQLAMA

“Rusiya Xarici İşlər Nazirliyi ABŞ hakimiyyətinin Qarabağ erməniləri ilə Azərbaycan arasında dialoqa müdaxilə etmək qərarı ilə bağlı məlumatdan narahatdır”.

News24.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova qeyd edib ki, ABŞ tərəfi şayiələrə mütləq münasibət bildirməlidir. Onun sözlərinə görə, bu, yaxın tarixdə ilk presedentdir ki, özünü vasitəçi kimi təqdim edən ölkə “münaqişə tərəflərindən” (?) birini hədələyir.

“Biz həqiqətən narahatıq. Əgər bu faktlar təsdiqini tapsa, onlar bir daha vasitəçi kimi nüfuzlarına xələl gətirəcəklər. İlk dəfədir görürəm ki, vasitəçi olmaq iddiasında olan bir ölkə öz rolunu yerinə yetirmək üçün nizamlanma iştirakçısını güc tətbiq etməklə hədələyir. Mən bunu həqiqətən görməmişəm. Ümumiyyətlə, bu məlumat bizi heyrətə salır”, – Zaxarova bildirib.

XİN rəsmisi qeyd edib ki, hazırda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vasitəçilik etmək istəyənlər çoxdur: “Hətta regionda sülh və sabitliyin olmasını istəməyən dövlətlər də vasitəçi kimi çıxış etmək istəyirlər”.