“Heç vaxt belə şey görməmişəm, həyasızca etiraf etdi ki...” - Zaxarova
    • 13-07-2022, 22:12
    • 306

“Heç vaxt belə şey görməmişəm, həyasızca etiraf etdi ki...” - Zaxarova

ABŞ prezidentinin keçmiş müşaviri Con Boltonun xaricdə dövlət çevrilişlərinin təşkilində iştirakı ilə bağlı etirafı beynəlxalq araşdırma üçün fakta çevriləcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu, beynəlxalq araşdırma üçün faktdır”, - diplomat qeyd edib.

Zaxarova həmçinin əlavə edib: “Yadıma gəlmir ki, belə yüksək vəzifədə çalışan və ABŞ-ın xarici siyasətinə birbaşa cavabdehlik daşıyan bir adam açıq desin ki, o, başqa ölkələrdə dövlət çevrilişi planlaşdırıb”.

Rusiya rəsmisi amerikalı diplomatın bunu həyasızcasına etiraf etdiyini bildirib: “Heç vaxt belə şey görməmişəm”.

Zaxarova vurğulayıb ki, keçmiş müşavirin açıqlamaları əlavə araşdırma tələb edir: “ABŞ-ın dünyanın başqa hansı bölgələrində dövlət çevrilişi planlaşdırdığını bilmək vacibdir”.

Bundan əvvəl Bolton xarici ölkələrdə dövlət çevrilişlərinin hazırlanmasında iştirak etdiyini bildirmişdi. /Teleqraf.com/