Zərdabda 12 yaşlı uşaq su kanalında batıb
    • 15-06-2023, 23:11
    • 203

Zərdabda 12 yaşlı uşaq su kanalında batıb

Zərdab rayonunda 12 yaşlı uşaq su kanalında batıb.

Hadisə rayonun Gəlmə kəndi ərazisindən keçən su kanalında qeydə alınıb.

Belə ki, 12 yaşlı Eyvazov Nihat Rəfael oğlu dayısı ilə həmin kanala çimməyə gedib. Çimərkən suda boğulan Nihatı dayısı xilas etməyə çalışsa da, buna nail ola bilməyib və uşaq anidən batıb.

Nihat Eyvazovun tapılması məqsədilə əraziyə FHN-nin Sularda Xilasetmə Dəstəsinin Dalğıc Qrupu çağırılıb. Uşağın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.

/Report/