Qaya parçaları Quba-Xınalıq yolunu bağladı
    • 16-06-2023, 10:17
    • 152

Qaya parçaları Quba-Xınalıq yolunu bağladı

Ötən gün axşam saatlarından etibarən Quba rayonun dağlıq ərazilərinə leysan xarakterli yağış yağıb.

News24.az xəbər verir ki, yağış sularının gətirdiyi qaya və daş parçaları Quba-Xınalıq yolunda hərəkəti məhdudlaşdırıb.

Hazırda yolun 50-57-ci km-də hərəkətin bərpası istiqamətində işlər davam etdirilir.

Quba Rayon Fövqəladə Hallar Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, hərəkətin qısa zamanda bərpası istiqamətində işlər dava etdirilir.