Azərbaycanda avtobus istifadəçilərinin sayı ARTDI
    • 16-06-2023, 11:02
    • 149

Azərbaycanda avtobus istifadəçilərinin sayı ARTDI

Bu ilin yanvar-may aylarında Azərbaycanda avtobuslarla 618 706,3 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 21,1% çoxdur.

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, bu ilin yanvar-may aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 647 381,7 sərnişin daşınıb, bu da 19,8% artım deməkdir.