Dünyaca məşhur qalada dəhşət - Turistləri 50 metrlik uçurumdan atdı
    • 16-06-2023, 11:49
    • 192

Dünyaca məşhur qalada dəhşət - Turistləri 50 metrlik uçurumdan atdı

Almaniyada amerikalı turist iki turist qadını Noyşvanteyn qalasında 50 metrlik uçurumdan aşağı itələyib.

News24.az xəbər verir ki, hadisə nəticəsində qadınlardan biri həlak olub, digəri isə ağır yaralanıb.

Dünən qalanı ziyarət etməyə gələn 21 və 22 yaşlı iki qadın yolda amerikalı turistlə rastlaşıb.

Prokurorluqdan verilən açıqlamada 30 yaşlı amerikalı turistin əvvəlcə gənc qadınları ziyarətçilərin az olduğu əraziyə apardığı və 21 yaşlı qadına cinsi təcavüz etdiyi bildirilib.

22 yaşlı digər qadın dostunu qurtarmağa çalışdıqda təcavüzkar onu boğmağa cəhd edib.
Daha sonra isə hər ikisini qaladan aşağı atıb.

Hadisə yerindən qaçan təcavüzkar polislər tərəfindən qısa müddətdə yaxalanaraq nəzarətə götürülüb.
Təcavüzkarın cinsi təcavüz, adam öldürmə və adam öldürməyə cəhd ittihamları ilə həbs olunduğu açıqlanıb.

Qeyd edək ki, Noyşvanşteyn qalası Almaniyanın Münhen şəhəri yaxınlığında yerləşir.

Buranı orta hesabla gündə 6 min nəfər ziyarət edir./bakupost/