Gün ərzində nə qədər dondurma yemək olar? - Bilinməyən fəsadları
    • 16-06-2023, 15:54
    • 563

Gün ərzində nə qədər dondurma yemək olar? - Bilinməyən fəsadları

Yay aylarında təravətləndirici qidalar axtaranların ilk seçimi olan dondurma kiçikdən böyüyə hər kəs tərəfindən sevilir. Lakin müxtəlif çeşidləri olan dondurmanın sağlamlıq üçün böyük təhlükə yarada biləcəyi çoxları tərəfindən bilinmir. Dietoloq marketdən aldığı dondurmada diqqət edilməli olan detalları paylaşıb.

News24.az xəbər verir ki, türkiyəli mütəxəssis Elif Akçeken bildirib ki, A, B və D vitaminləri ilə kalori dəyəri yüksək dondurmalarda müxtəlif qarışıqlar var.

“Bəzi dondurmalara diqqət yetirməkdə fayda var. Sənaye dondurmasının tərkibində yüksək miqdarda qarğıdalı siropu, tatlandırıcılar, konservantlar, emulqatorlar, rəng və dadlandırıcılar ola bilər. Odur ki, həddindən qəbul edilərsə, uşaqlarda həmçinin böyüklərdə fəsadlara səbəb ola bilər. Səhhətində problemi olmayan şəxslər həftədə 2-3 dəfə iki top dondurma, arıqlamaq mərhələsində olanlar isə həftədə bir dəfə iki top dondurma qəbul edə bilər”.

Dietoloq evdə hazırlanan dondurmaların qəbul edilməsini tövsiyyə edib.